Son dövrlərdə BOKT “Falcon Finance” MMC-nin adından istifadə edilərək müxtəlif kommunikasiya kanalları vasitəsilə kredit təkliflərinin yayıldığı hallara rast gəlinir. Bildiririk ki, qeyd olunan müraciətlər Falcon Finance-ə aid deyil.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, Falcon Finance maliyyə xidmətlərini yalnız rəsmi internet saytı üzərindən təqdim edir. Şirkət adından sosial şəbəkələr, şəxsi mesajlar və ya qeyri-rəsmi əlaqə vasitələri ilə kredit təklif edilmir.
Eyni zamanda xatırladırıq ki, Falcon Finance əməkdaşları heç bir halda müştərilərdən bank kartı məlumatlarını, hesab rekvizitlərini və təhlükəsizlik kodlarını tələb etmir.
Vətəndaşlardan yalnız rəsmi mənbələrdə yerləşdirilən məlumatlara etibar etmələri və şübhəli hallarla bağlı bizimlə rəsmi əlaqə kanalları vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Rəsmi internet saytı: www.falconfinance.az
Əlaqə: 012 310 12 17 | 055 220 99 01